Kooperativ üzvlərinin ümumi yığıncağı pay fondunun artırılması və ya azaldılması barədə qərar qəbul edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Pay fondunun həcmi xalis aktivlərin məbləğini aşa bilməz. Belə hal yaranarsa mütləq pay haqları proporsional şəkildə azaldılmalıdır. Qayda maliyyə balansının qorunmasına yönəlib.