
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Heftelik.az-a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarış elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.
Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.
***
saat 11.19
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.
Heftelik.az APA-ya istiandən xəbər verir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.
Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.
Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.
Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
