Bəzi hallarda məzuniyyət pulu vaxtında ödənilməyə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əgər ödəniş məzuniyyət başlayandan sonra verilərsə, işçi yeni tarix tələb edə bilər.
Bu halda məzuniyyətin başlanğıcı pulun faktiki ödənildiyi gündən hesablanır.
Qayda işçinin maliyyə maraqlarının qorunmasına xidmət edir.