Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürüb.
Heftelik.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd seçilib.
Qeyd edək ki, hazırda parlamentin sədri Alen Simonyandır, Rubinyan isə parlamentin vitse-spikeridir. Eyni zamanda Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndədir.
