Ağdərə rayonunun Vəngli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.

 

Faktla bağlı araşdırma aparılır.

***

saat 12.51

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  “Mercedes” markalı mikroavtobus “Niva” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.