Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.
Bui qrupun digər oyununda Əlcəzair Avstriya ilə qarşılaşıb. Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında məhsuldar heç-heçə qeydə alınıb – 3:3.
Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.
Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
