Futbol üzrə dünya çempionatında Kolumbiya Portuqaliya ilə qarşılaşıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçiriən K qrupunun III turunun matçında hesab açılmayıb – 0:0.
Bu nəticənin ardından Kolumbiya qrupu 7 xalla birinci sırada bitirib. Portuqaliya isə 5 xalla ikinci sırada yer alıb. Hər iki yığma pley-offa vəsiqə əldə edib.
Bu qrupda Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib. Atlanta stadionunda baş tutan K qrupunun III turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib.
Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.
Pley-offda Kolumbiya Qana, Portuqaliya isə Xorvatiya seçməsi ilə üz-üzə gələcək.
