Məzuniyyət dövründə işçilər üçün əlavə sosial proqramlar həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İşçilərin istirahət və sağlamlıq müəssisələrinə göndərilməsi nəzərdə tutula bilər.
Ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımlar da verilə bilər.
Bu tədbirlər işəgötürənin vəsaiti hesabına maliyyələşdirilir.