Ermənistanda İrəvan–Yerasx avtomobil yolunda yanmış avtomobildə dörd nəfərin meyiti aşkar edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Surenavan kəndi yaxınlığında qeydə alınıb.
Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq alovu söndürüblər.
Yanğın söndürüldükdən sonra “Nissan Rogue” markalı avtomobilin salonunda əvvəlcə üç nəfərin yarıyanmış meyiti aşkar edilib. Bir neçə saat sonra isə hadisə yerində daha bir meyit tapılıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və yanğının başvermə səbəblərini araşdırır.
