Xaçmazda meyit tapılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Rayon mərkəzindəki evlərdən birinin həyətində gənc oğlanın meyiti aşkar edilib.
Meyiti tapılan şəxsin elə həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərov Ruslan Rövşən oğlu olması müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
