ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Norveç millisi Fildişi Sahili yığması ilə üz-üzə gələcək.

Cütün qalibi 1/8 finalda Braziliyanın rəqibi olacaq.

Bu qarşılaşmanın ardından son dünya çempionatının finalçısı Fransa İsveçin müqavimətini qırmağa çalışacaq. Güclü tərəf növbəti raundda Paraqvay ilə qarşılaşacaq.

Meydan sahiblərindən biri – Meksika isə Ekvadorla münasibətlərə aydınlıq gətirəcək. Bu cütün qalibi 1/8 finalda İngiltərə – Konqo DR duelinin güclüsü ilə görüşəcək.

DÇ-2026

1/16 final

30 iyun

21:00. Fildişi Sahili – Norveç

Baş hakim: Xesus Valensuela (Venesuela).

Dallas stadionu

1 iyul

01:00. Fransa – İsveç

Baş hakim: Danni Makkeli (Niderland).

Nyu-York/Nyu-Cersi stadionu

05:00. Meksika – Ekvador

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Mexiko stadionu

Xatırladaq ki, ABŞ, Meksika və Kanadada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq