Əmək məzuniyyətindən istifadə hüququ müəyyən iş stajı ilə yaranır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Birinci iş ili üçün işçi altı ay işlədikdən sonra məzuniyyətə çıxa bilər.
Sonrakı illərdə məzuniyyət vaxtı tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Bəzi kateqoriyalara aid işçilər isə birinci iş ilində altı ay gözləmədən məzuniyyət hüququ əldə edirlər.
