İşləyən qadınlara hamiləlik və doğuşla əlaqədar ödənişli məzuniyyət verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Ümumi qaydada bu məzuniyyət 126 təqvim günü təşkil edir.
Doğuş çətin keçdikdə və ya iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət müddəti artırılır.
Kənd təsərrüfatında çalışan qadınlar üçün isə daha uzun müddətli məzuniyyətlər nəzərdə tutulub.