Əmək münasibətlərinə xitam verilərkən işçinin məzuniyyət hüquqları nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İstifadə edilməmiş məzuniyyətləri olan işçi arzusu ilə əvvəlcə məzuniyyətə çıxa bilər.
Bu halda işdənçıxma tarixi məzuniyyətin son günü hesab olunur.
Əgər işçi məzuniyyətdən istifadə etmək istəməzsə, ona kompensasiya ödənilir.
