İşçilərin minimum əməkhaqqı hüququ dövlət tərəfindən qorunur.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Aylıq iş normasını yerinə yetirən işçinin maaşı minimum əməkhaqqından az ola bilməz.
Əməkhaqqının müəyyən edilməsində ayrı-seçkiliyə yol verilməsi də qadağandır.
İşəgötürən eyni və ya bərabər dəyərli işə görə bərabər əməkhaqqı ödəməyə borcludur.