Bank lisenziyası və ya icazə almaq üçün edilən müraciətin rədd olunması məhkəmə mübahisəsinə çevrilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Müraciət edən tərəf Mərkəzi Bankın qərarından narazı qaldıqda məhkəməyə üz tuta bilər.
Şikayət Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə uyğun qaydada təqdim olunur.
Bu mexanizm müraciət edənlərin hüquqlarının müdafiəsinə xidmət edir.