Xarici bank nümayəndəlik açmaq istəyərkən öz fəaliyyəti barədə geniş məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sənədlər sırasında nizamnamə, idarəetmə strukturu və səhmdarlar barədə məlumatlar yer alır.
Həmçinin benefisiar mülkiyyətçilər və maliyyə hesabatları barədə məlumatlar tələb olunur.
Nümayəndəliyin əsasnaməsi və inzibatçıları barədə arayış da təqdim edilməlidir.