Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqlarla bağlı yeni tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
İnsan sağlamlığı üçün təhlükəli hesab edilən torpaqlar mütəxəssis rəyi əsasında qiymətləndirilir.
Belə torpaqlar bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılır.
Onların konservasiya olunaraq bərpa məqsədilə ehtiyat torpaq fonduna keçirilməsi nəzərdə tutulur.
Sənaye və digər təyinatlı torpaqlardan istifadənin əlavə qaydaları ayrıca normativ aktlarla tənzimlənir.
