Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunvericilik bazası müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Qanunvericilik bu Qanundan, Torpaq və Mülki Məcəllələrdən ibarətdir.
Eyni zamanda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Şəhərsalmanın əsasları haqqında” qanunlar da bu sahəni tənzimləyir.
Torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlar da tətbiq edilir.
Bu sənədlər bələdiyyə torpaqlarının idarə olunmasının hüquqi əsasını təşkil edir.