İşçilərin əməyi vaxtamuzd, işəmuzd və digər əməkhaqqı sistemləri əsasında ödənilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əməyin ödənilməsi fərdi və kollektiv nəticələrə görə həyata keçirilə bilər.
İşçilərin marağını artırmaq üçün mükafatlandırma və digər maddi həvəsləndirmə formaları tətbiq olunur.
Əmək haqqının tərkibinə tarif maaşı, əlavələr və mükafatlar daxildir.
