Əmək münasibətləri zamanı işçiyə vurulan zərərə görə işəgötürən bir sıra hallarda tam maddi məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Qanunsuz işdən çıxarma, əməyin mühafizəsi qaydalarının pozulması və əməkhaqqının düzgün ödənilməməsi bu hallara daxildir.
İşçinin əmlakına dəyən zərər və hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri də məsuliyyət yaradır.
Seksual qısnamaya məruz qalan işçilərin hüquqları da qanunla qorunur.
