İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda “qətiyyətli cavabla” üzləşəcəklərini bəyan edib.

Heftelik.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bəyanat yayıb.

“İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq”, – İran hərbi komandanlığının bəyanatında bildirilir.