
Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
***
saat 10.32
Rusiyanın Ukraynaya endirdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır.
Heftelik.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, səhər saat 06:00-a olan məlumata əsasən, hücum nəticəsində 3 nəfər həlak olmuş, 25-ə yaxın şəxs yaralanmışdı. Daha sonra Kiyev meri Vitali Kliçko ölənlərin sayının 5-ə, yaralananların sayının isə 34-ə çatdığını açıqlayıb.
Son məlumata görə isə, Timur Tkaçenko hücum nəticəsində həyatını itirənlərin sayının 8-ə yüksəldiyini bildirib.
“Hazırda Rusiyanın zərbəsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Düşmən növbəti dəfə məqsədli şəkildə yaşayış məhəllələrini hədəfə alır və dinc sakinləri öldürür. Şəhərdə çox ciddi dağıntılar var, çoxlu sayda yaralı, o cümlədən uşaqlar var”, – deyə Tkaçenko bildirib.
Onun sözlərinə görə, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib. Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti isə hücumun nəticələrini əks etdirən görüntülər yayıb. Kadrlarda yanan yaşayış binaları, dağıntılar və külə dönmüş avtomobillər əks olunub.
