İşçilərin əməyi vaxtamuzd, işəmuzd və digər ödəniş sistemləri əsasında ödənilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əməyin ödənilməsi fərdi və ya kollektiv əmək nəticələrinə görə həyata keçirilə bilər.
İşçilərin maddi marağını artırmaq məqsədilə mükafatlandırma və digər həvəsləndirmə formaları tətbiq oluna bilər.
Əmək haqqının tərkibinə tarif maaşı, əlavələr və mükafatlar daxildir.
