Qeyri-standart aktivlərin daha yüksək təsnifat kateqoriyasına keçirilməsi üçün yeni tələblər müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.

Aktivin nəzarət altında olan kateqoriyaya keçirilməsi üçün annuitet qrafiki üzrə ən azı üç ardıcıl ödəniş tam və vaxtında həyata keçirilməlidir. Qənaətbəxş aktiv kimi təsnifləşdirmə üçün isə daha sərt meyarlar tətbiq olunacaq. Bu halda ən azı altı ardıcıl ödəniş vaxtında və tam şəkildə ödənilməlidir. Borcalanın digər kredit öhdəlikləri ilə bağlı da əlavə tələblər nəzərə alınır. Aktivin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədə olmalıdır. Balansdan silinmiş və sonradan geri qaytarılmış aktivlər üçün ayrıca prosedurlar tətbiq edilir. Ödəniş qrafikindən 10 iş gününədək kənarlaşma vaxtında ödəniş kimi qəbul olunacaq. Davranış modeli əsasında verilmiş kreditlər isə ilkin mərhələdə əlavə risklərə məruz standart aktiv kimi qiymətləndiriləcək.