Restrukturizasiya edilmiş aktivlərin daha yüksək təsnifat kateqoriyasına keçirilməsi üçün konkret şərtlər müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.

Annuitet ödənişli kreditlər üzrə təsnifatın yaxşılaşdırılması üçün müəyyən müddət ərzində gecikməyə yol verilməməlidir. Biznes kreditlərində bu müddət ən çoxu altı ay, digər kreditlərdə isə on iki ay müəyyən edilib. Banklararası tələblər və digər aktivlər üzrə əsas borcun azı 50 faizi ödənilməlidir. Həmin dövrdə bütün öhdəliklər vaxtında və tam həcmdə icra olunmalıdır. Restrukturizasiya edilmiş aktivlərin statusu maksimum nəzarət altında olan kateqoriyaya qədər yüksəldilə bilər. Bunun üçün yalnız ödəniş intizamı deyil, keyfiyyət göstəriciləri də nəzərə alınacaq. Aktivin maliyyə vəziyyəti və risk səviyyəsi ayrıca qiymətləndiriləcək. Məqsəd problemli aktivlərin sağlamlaşdırılmasını stimullaşdırmaqdır.