Qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqları ilə bağlı hüquqi mexanizmlər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Mülkiyyətə, istifadəyə və ya icarəyə verilməmiş torpaqlar özbaşına tutulmuş sahələr hesab edilir.
Belə torpaqlar qanunvericiliyə uyğun qaydada geri qaytarılmalıdır.
Bəzi hallarda geri qaytarılması mümkün olmayan sahələr istifadəçilərin mülkiyyətinə və ya icarəsinə verilə bilər.
Bu zaman həmin torpaqlar vergi uçotuna da cəlb olunur.
