Bələdiyyə torpaqlarının hansı sahələrdən ibarət olduğu müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Dövlət və xüsusi mülkiyyətdə saxlanılan torpaqlar istisna olmaqla digər torpaqlar bələdiyyə torpaqları sayılır.
Bu torpaqlar ümumi istifadədə olan, istifadə və icarədə olan, həmçinin ehtiyat fonduna aid torpaqlara bölünür.
Bələdiyyə torpaqlarının tərkibinə müxtəlif kateqoriyalardan olan torpaqlar daxil edilə bilər.
Torpaqların başqa məqsədlər üçün istifadəsi yalnız təyinat dəyişdirildikdən sonra mümkündür.