Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Xidmətdən Heftelik.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
