ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin son oyunları keçiriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Dallas stadionunda Avstraliya və Misir seçmələri qarışılaşacaqlar.

Həmçinin Argentina – Kabo Verde, Kolumbiya – Qana görüşləri baş tutacaq.

DÇ-2026

1/16 final

3 iyul

22:00. Avstraliya – Misir

Baş hakim: Qustavo Texera (Uruqvay).

Dallas stadionu

4 iyul

02:00. Argentina – Kabo Verde

Baş hakim: Dryu Fişer (Kanada).

Mayami stadionu

05:30. Kolumbiya – Qana

Baş hakim: Kleman Türpen (Fransa).

Kanzas stadionu

Xatırladaq ki, dünya çempionatı iyulun 19-da yekunlaşacaq.