Bələdiyyə torpaqlarının hansı sahələri əhatə etdiyi qanunla müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilmiş torpaqlar istisna olmaqla digər sahələr bələdiyyə torpaqları hesab edilir.
Bu torpaqlar ümumi istifadədə olan, istifadədə və icarədə olan, həmçinin ehtiyat fondu torpaqlarına bölünür.
Qanunla nəzərdə tutulan hallar istisna olmaqla bütün kateqoriyalardan olan torpaqlar bələdiyyə torpaqlarına daxil edilə bilər.
Torpaqların başqa məqsədlər üçün istifadəsi yalnız təyinatı dəyişdirildikdən sonra mümkündür.