Bələdiyyə torpaqlarının hansı əraziləri əhatə etdiyi qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar istisna olmaqla digər sahələr bələdiyyə torpaqları hesab edilir.
Bu torpaqlar istifadə xüsusiyyətlərinə görə müxtəlif qruplara bölünür.
Ümumi istifadədə olan torpaqlar, istifadədə və icarədə olan sahələr ayrıca kateqoriya təşkil edir.
Ehtiyat fondu torpaqları da bələdiyyə torpaq fondunun mühüm hissəsidir.