Qaydada istehlak, avtomobil, daşınmaz əmlak və biznes kreditlərinin anlayışları ayrıca müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
İstehlak krediti şəxsi tələbat üçün verilən və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan kredit kimi xarakterizə edilir.
Avtomobil krediti isə nəqliyyat vasitəsinin alınması üçün ayrılan və həmin avtomobilin girov olduğu kredit hesab olunur.
Daşınmaz əmlak kreditləri mənzil və digər daşınmaz əmlakın əldə olunması və tikintisi məqsədi daşıyır.
Biznes kreditləri hüquqi şəxslərə və sahibkarlara fəaliyyətlərinin maliyyələşdirilməsi üçün verilir.
Kənd təsərrüfatı kreditləri biznes kreditlərinin xüsusi növü kimi ayrıca tənzimlənir.
Bu kreditlərin verilməsi üçün EKTİS-də qeydiyyat və müəyyən təcrübə şərtləri tələb olunur.
Qayda restrukturizasiya olunmuş aktiv anlayışını da ətraflı izah edir.
Müqavilə şərtlərinin dəyişdirilməsi zamanı tətbiq edilən güzəştlər ayrıca sadalanıb.
