
Ağdamda su anbarında övladları ilə birlikdə batan polis Şərif İsgəndərov şəhid övladı olub.
Heftelik.az Teleqraf-a istinadla xəbər verir ki, iyulun 4-də su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.


***
saat 21.04
Ağdamda bədbəxt hadisə baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli su anbarında çimərkən batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
