Şuşaya dolu düşdü

04 İyul 2026, 21:11

İyulun 4-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Heftelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:37-15:42 radələrində Şuşa şəhərinə yağan intensiv yağışla birlikdə diametri 5-8 mm olan dolu düşüb.