Zəngilanda çayda boğulan var

04 İyul 2026, 21:08

Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.