Bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.