Müxtəlif aktiv kateqoriyaları üzrə tətbiq olunacaq ehtiyat dərəcələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Qənaətbəxş aktivlər üçün ehtiyat norması əsasən 1-2 faiz səviyyəsində müəyyənləşdirilib. Nəzarət altında olan aktivlər üzrə daha yüksək ehtiyat ayrılacaq. Əlavə risklərə məruz standart aktivlər üçün ehtiyat dərəcələri 10-20 faiz arasında dəyişəcək. Qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat norması 25 faiz təşkil edəcək. Təhlükəli aktivlər üçün bu göstərici 50 faiz müəyyən olunub. Ümidsiz aktivlər üzrə isə 100 faiz ehtiyat yaradılması tələb edilir. Ehtiyatlar milli valyutada və aktivin ümumi məbləği əsasında formalaşdırılacaq. Bu sistem bankların risklərə uyğun maliyyə təminatı yaratmasına imkan verir.
