Aktivlərin təsnifləşdirilməsi prosesində maraqlar münaqişəsinin qarşısının alınması əsas prinsip kimi müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Təsnifləşdirmə bankın daxili qaydaları ilə müəyyən olunmuş struktur bölmə tərəfindən aparılacaq. Kreditlərin verilməsi funksiyasını həyata keçirən bölmələr bu prosesdə iştirak edə bilməyəcək. Bu tələb qərarların obyektivliyini təmin etməyə yönəlib. Aktivlər standart və qeyri-standart kateqoriyalara bölünəcək. Standart aktivlər qənaətbəxş, nəzarət altında olan və əlavə risklərə məruz standart aktivlərdən ibarət olacaq. Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərə aid ediləcək. Müxtəlif təsnifat nəticələri yarandıqda daha aşağı kateqoriya əsas götürüləcək. Bu mexanizm risklərin düzgün qiymətləndirilməsinə imkan verəcək.
