Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi müəyyən prosedurlarla həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqların verilməsi bələdiyyə qərarı və tərəflər arasında bağlanan müqavilə əsasında aparılır.
Müqavilədə hüquq və vəzifələr, servitutlar və digər şərtlər göstərilir.
Torpaq almaq istəyən şəxslər bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
Qərar qəbul edildikdən sonra onun surəti nəzarət orqanına göndərilir.