Bələdiyyə torpaqlarının idarə olunması müəyyən prinsiplərə əsaslanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqların məqsədli təyinat üzrə istifadəsi və dövriyyədən əsassız çıxarılmaması əsas prinsiplərdəndir.
Torpaq münbitliyinin qorunması və artırılması da vacib istiqamət kimi göstərilir.
Torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsində sosial ədalət prinsiplərinə əməl olunmalıdır.
Əhalinin torpaq dövriyyəsi barədə məlumatlandırılması da idarəetmənin vacib elementi hesab edilir.