Bələdiyyə torpaqlarının istifadə istiqamətləri ilə bağlı xüsusi tələblər mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Qanunla nəzərdə tutulan hallar istisna olmaqla bütün kateqoriyalardan olan torpaqlar bələdiyyə fonduna daxil edilə bilər.
Müəyyən kateqoriyaya aid edilən torpaq başqa məqsədlə istifadə oluna bilməz.
Belə dəyişiklik yalnız torpağın məqsədli təyinatı dəyişdirildikdən sonra mümkündür.
Bu tələb torpaq ehtiyatlarından səmərəli istifadəyə xidmət edir.
