Banklarda bütün aktivlərin təsnifləşdirilməsi vahid prinsiplər əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Aktivlər standart və qeyri-standart olmaqla iki əsas qrupa ayrılır.
Qənaətbəxş, nəzarət altında olan və əlavə risklərə məruz standart aktivlər standart kateqoriyaya daxildir.
Qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər isə qeyri-standart hesab olunur.
Təsnifləşdirmə həm gecikmə müddəti, həm də keyfiyyət meyarları əsasında aparılır.
Fərqli nəticələr əldə edildikdə daha aşağı kateqoriya əsas götürülür.
Tam təminatlı və təminatsız aktivlər üçün müxtəlif gecikmə intervalları müəyyən edilib.
Banklarda kreditlərin verilməsi ilə məşğul olan struktur bölmələr aktivləri təsnifləşdirə bilməyəcək.
Bu proses maraqlar
