DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib.
Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib.
Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb.
Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0.
Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub.
Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1.
İkinci hissədə İngiltərə 1 nəfər azlıqda qalıb. 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna baxmayaraq britaniyalılar hesab arasındakı fərqi artırmağı bacarıb. 60-cı dəqiqədə Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
69-cu dəqiqədə görüşün baş hakimi Əlirza Fəqani bu dəfə İngiltərənin qapısına penalti təyin edib. Topun arxasına keçən Raul Ximenez dəqiq oynayaraq hesabı 2:3 edib.
Matç bu hesabla başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib.
İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
6 iyul
04:00. Meksika – İngiltərə 2:3
Qol: C. Bellinqem, 36, 38, Kinyones, 42, H. Keyn, 60, R. Ximenez, 69
Qırmızı vərəqə: Kuansa, 54
Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenez, Kinyones
İngiltərə: Pikford, O’Rayli, Guehi, Konsa, Kuansa, Rays, Anderson, Qordon, Bellinqem, Saka, Keyn
