İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq əməkhaqqını müəyyən edilmiş müddətdə ödəməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.

Görülən işin müqabilində ödənişin gecikdirilməsi qanun pozuntusu sayılır.

Bu halda işəgötürən məsuliyyətə cəlb oluna bilər.

Qayda işçilərin vaxtında əməkhaqqı almasını təmin edir.