Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri təsbit edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqlardan məqsədli təyinatı üzrə istifadə olunmalıdır.
Torpaqların münbitliyinin qorunması və artırılması əsas tələblərdən biridir.
Torpaqların verilməsi zamanı qanunvericiliyə və sosial ədalət prinsiplərinə riayət edilməlidir.
Əhalinin torpaq dövriyyəsi barədə məlumatlandırılması da vacib prinsip hesab olunur.