Qanun bələdiyyələrin torpaq münasibətlərində geniş səlahiyyətlərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr torpaqlara sahiblik edir, onlardan istifadə edir və onlar barədə sərəncam verirlər.
Onlar torpaqları istifadəyə, icarəyə və mülkiyyətə verə bilərlər.
Bələdiyyələr torpaq vergisi və icarə haqqının yığılmasını da həyata keçirirlər.
Eyni zamanda torpaqların mühafizəsinə və səmərəli istifadəsinə nəzarət etmək səlahiyyətinə malikdirlər.
