Bələdiyyə torpaqlarının idarə olunması bir sıra əsas prinsiplərə söykənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqlardan yalnız məqsədli təyinatına uyğun istifadə olunmalıdır.
Onların dövriyyədən əsassız çıxarılmasına yol verilmir.
Münbit qatın qorunması, artırılması və bərpası vacib prinsiplərdən biridir.
Torpaqlar barədə əhalinin məlumatlandırılması da qanunun əsas tələbləri sırasındadır.
