Aktivlərin keyfiyyətinə dair qiymətləndirmə bir sıra risk meyarları əsasında aparılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Borcalanın ödəmə qabiliyyəti qənaətbəxş aktivlərin əsas göstəricilərindən sayılır.
Maliyyə vəziyyətinə təsir edə biləcək risklər olduqda aktiv nəzarət altında olan kateqoriyaya keçirilə bilər.
İqtisadi vəziyyətin pisləşməsi və gecikmələrin artması əlavə risklərə məruz standart aktiv əlaməti hesab olunur.
Kreditin təyinatı üzrə istifadəsini təsdiqləyən sənədlərin təqdim edilməməsi qeyri-qənaətbəxş aktiv meyarıdır.
Borcalanın iflas prosesinə başlanılması aktivin təhlükəli kateqoriyaya keçirilməsinə səbəb olur.
Borcalan müflis elan edildikdə və ya fəaliyyətini dayandırdıqda aktiv ümidsiz hesab edilə bilər.
Bu meyarlar üzrə aparılan təhlillər mütləq sənədləşdirilməlidir.
Bankların daxili modellərinin nəticələri də qiymətləndirmə prosesində nəzərə alınacaq.
