Bankların ləğvi və ya iflası ilə bağlı hallarda xüsusi qayda tətbiq ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.

Hər hansı bankın lisenziyası məcburi qaydada ləğv edildikdə onun qarşısındakı tələblər ümidsiz aktiv kimi tanınacaq. Eyni yanaşma iflas prosedurlarına başlanılmış banklara münasibətdə də tətbiq ediləcək. Bu halda aktivlərin gecikmə müddəti ayrıca nəzərə alınmayacaq. Tələblər birbaşa ən aşağı təsnifat kateqoriyasına aid ediləcək. Banklar həmin aktivlər üzrə tam ehtiyat yaratmalı olacaqlar. Bu yanaşma mümkün maliyyə itkilərinin vaxtında tanınmasına xidmət edir. Eyni zamanda prudensial hesabatlıqlarda risklərin real əks olunmasını təmin edir. Məqsəd bank sektorunun dayanıqlığını qorumaqdır.